ABŞ-ın ən böyük banklarından biri olan Morgan Stanley-nin baş icraçı direktoru Tedd Pik ABŞ iqtisadiyyatı və səhm bazarına dair optimizm ifadə edib.
“Dünya hələ də ABŞ istehlakçılarına söykənir,” – deyə o, CNBC-yə müsahibəsində bildirib. “ABŞ-da korporativ maliyyə ümumiyyətlə parlaq, və yeni administrasiya daha çox artıma dair vədlər verir.”
Pik fond bazarında müəyyən risklər, o cümlədən siyasi qeyri-müəyyənliklərin mövcud olduğunu etiraf etsə də, “ümumiyyətlə insanlar konstruktiv əhval-ruhiyyə sərgiləyir və bu anlaşılandır”.
Bank rəhbərinə görə, Federал Ehtiyyat Sistemi (FED) iqtisadi artıma zərər vurmadan inflyasiyanı ləngitməkdə öz öhdəliyini yaxşı yerinə yetirib. Pik ayrıca FED-in faiz dərəcəsini dəyişməkdəki ehtiyatlı yanaşmasını da tərif edib.