Ölkə iqtisadiyyatının sabit və dayanıqlı inkişafının təmin edilməsində maliyyə bazarlarının aktiv fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
GDP xəbər verir ki, bunu Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov deyib.
O bildirib: “Bakı Fond Birjası ölkədə maliyyə bazarının aktivləşdirilməsində mühüm rol oynayır. BFB-nin yeni Strategiyası kapital bazarı iştirakçılarının potensialının inkişafının təmin edilməsi və onların genişmiqyaslı layihələrdə daha aktiv rol oynaması üçün ekosistemin inkişafını hədəfləyir.”
Fərid Axundov əlavə edib ki, Bakı Fond Birjasının inkişafı yalnız maliyyə artımı deyil, bu həm də kapital bazarında aktivliyin artması deməkdir. “Bu isə öz növbəsində sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə və KOB-ların böyüməsinə kömək edir.”