Close Menu
    What's Hot

    Müşviq Kərimov: “Azərbaycan Mərkəzi Bankı Milli Kredit Reytinq Mexanizmi tərtib edib”

    08 Dekabr 2025

    “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov:”Bakını 300 şəhərlik şəbəkəyə qatdıq”

    08 Dekabr 2025

    Mərkəzi Banka yeni səlahiyyət verilib

    08 Dekabr 2025
    Trending
    • Müşviq Kərimov: “Azərbaycan Mərkəzi Bankı Milli Kredit Reytinq Mexanizmi tərtib edib”
    • “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov:”Bakını 300 şəhərlik şəbəkəyə qatdıq”
    • Mərkəzi Banka yeni səlahiyyət verilib
    • “Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
    • Azərbaycanda 1 nəfərə düşən orta aylıq ünvanlı sosial yardımın məbləğ 7%-ə yaxın azalıb
    • 140 milyard dollar zərər proqnozu ilə üzləşən OpenAI, rəqibindən geri qalır
    • İndi şans paketi al və Bakcell-dən avtomobil qazan!
    • SOCAR Qətərin maliyyə dəstəyi ilə Dəməşqdəki hava limanına yanacaq təchizatını təmin edəcək
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      Müşviq Kərimov: “Azərbaycan Mərkəzi Bankı Milli Kredit Reytinq Mexanizmi tərtib edib”

      08 Dekabr 2025
      Recent

      Müşviq Kərimov: “Azərbaycan Mərkəzi Bankı Milli Kredit Reytinq Mexanizmi tərtib edib”

      08 Dekabr 2025

      “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov:”Bakını 300 şəhərlik şəbəkəyə qatdıq”

      08 Dekabr 2025

      Mərkəzi Banka yeni səlahiyyət verilib

      08 Dekabr 2025
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      İnvestisiya şirkətlərinin əməliyyat həcminə və bazar payına görə renkinqi (2025 Yanvar-Noyabr)

      03 Dekabr 2025

      İnvestisiya şirkətlərinin əməliyyat həcmləri necə dəyişib,hansı şirkətlər bazar payını itirib?-müqaisəli təhlil

      03 Dekabr 2025

      Bakı Fond Birjasının ümumi ticarət həcmi 9%-ə yaxın,REPO əməliyyatlarının həcmi isə 16%-dən çox azalıb

      03 Dekabr 2025

      Dövlətin borclanma landşaftı dəyişir: Dövlət istiqrazlarının həcmi 66%-dən, gəlirliyi 28%-dən çox azalıb

      01 Dekabr 2025

      OPEC+: 2026-cı ilin I rübündə hasilat artımı dayandırılır

      01 Dekabr 2025

      Gümüşün qiyməti tarixi maksimuma çatdı – Unsiyası 54.53 ABŞ dolları

      29 Noyabr 2025

      Neftin qiymətləri bir ay ərzində ilk dəfə olaraq barrelı 62 dollardan aşağı düşüb

      21 Noyabr 2025

      Nvidia səhmləri 5% bahalaşdı: Şirkət 57 milyard dollar rekord gəlir açıqlayıb

      20 Noyabr 2025

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      Deutsche Bankın analitikləri: Bitcoin qızılın tarixi yolunu təkrarlayır və Mərkəzi Bankların ehtiyatlarında yer ala bilər

      25 Sentyabr 2025

      İnvestisiya şirkətlərinin əməliyyat həcminə və bazar payına görə renkinqi (2025 Yanvar-Noyabr)

      03 Dekabr 2025

      İnvestisiya şirkətlərinin əməliyyat həcmləri necə dəyişib,hansı şirkətlər bazar payını itirib?-müqaisəli təhlil

      03 Dekabr 2025

      Bakı Fond Birjasının ümumi ticarət həcmi 9%-ə yaxın,REPO əməliyyatlarının həcmi isə 16%-dən çox azalıb

      03 Dekabr 2025

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      “Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!

      08 Dekabr 2025
      Recent

      “Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!

      08 Dekabr 2025

      Azərbaycanda 1 nəfərə düşən orta aylıq ünvanlı sosial yardımın məbləğ 7%-ə yaxın azalıb

      08 Dekabr 2025

      İndi şans paketi al və Bakcell-dən avtomobil qazan!

      08 Dekabr 2025
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » Mərkəzi Banka yeni səlahiyyət verilib
    Bank

    Mərkəzi Banka yeni səlahiyyət verilib

    08 Dekabr 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da dəyişikliklər edilib.

    GDP xəbər verir ki,bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

    Sənədə əsasən, ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsinə, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyəti həyata keçirən ödəniş sistemlərinin operatorları və banklar arasında kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar üzrə məlumatların ötürülməsi, emalı və klirinqi Mərkəzi Bank tərəfindən həyata keçiriləcək.

    Qərarda yeni anlayışlar da müəyyənləşdirilib:

    • AZQR kod – Azərbaycan Respublikasının ərazisində mal, iş və xidmətlərin dəyərinin ödənilməsi üçün formalaşdırılan QR kod;
    • statik AZQR kod – tərkibi aparılacaq ödəniş əməliyyatlarının məzmununa uyğun sabit məlumatlardan ibarət olan AZQR kod;
    • dinamik AZQR kod – tərkibi aparılacaq hər bir ödəniş əməliyyatının məzmununa uyğun dəyişən məlumatlardan ibarət olan AZQR kod;
    • AZQR kod təchizatçısı – AZQR kod vasitəsilə ödəniş əməliyyatlarının icrası üçün AZQR kodu formalaşdıran və (və ya) ödəniş xidməti istifadəçisini AZQR kodun oxunması funksionallığı ilə təmin edən Azərbaycan Respublikasında fəaliyyət göstərən təchizatçı.

    Fiziki şəxslərin ölkədaxili ödəniş xidməti təchizatçılararası milli valyutada pul vəsaitlərinin köçürülməsi Mərkəzi Bankın operatoru olduğu Ani ödənişlər sistemi (bundan sonra – AÖS) vasitəsilə həyata keçiriləcək. Fiziki şəxslərin ölkədaxili ödəniş xidməti təchizatçılararası milli valyutada pul vəsaitlərinin köçürülməsi Mərkəzi Bankın operatoru olduğu AÖS-dən fərqli ödəniş sistemi vasitəsilə həyata keçirilə bilər, bu şərtlə ki, həmin əməliyyatların AÖS vasitəsilə həyata keçirilməsi mümkün olmasın. AZQR kod təchizatçısı ödəyicini AZQR kodun oxunması funksionallığı və xidmət göstərdiyi təsərrüfat subyektini QR kodla ödənişlərin qəbul edilməsi imkanı ilə təmin edəcək. Bu abzasda qeyd edilənlər 2026-cı il fevralın 1-dən qüvvəyə minəcək.

    Ödəniş xidməti istifadəçisinin alınan yazılı razılığına əsasən təchizatçı ödəniş alətinin fiziki olaraq ödəniş xidməti istifadəçisinə çatdırılması zamanı üçüncü şəxslərin xidmətlərindən istifadə edə biləcək.

    Kredit köçürməsi üzrə ödəniş sərəncamında azı aşağıdakılar olmalıdır:

    • ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda));
    • vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması (məlum olduqda) və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda));
    • ödəyici və vəsait alanın hesab nömrəsi;
    • ödəyici və vəsait alanın təchizatçılarının, həmçinin vasitəçi təchizatçısının (olduqda) adı, kodu, VÖEN-i, hesab nömrəsi, S.W.I.F.T kodu;
    • ödənişin məbləği (rəqəm və yazı ilə) və valyutası;
    • ödəniş sərəncamının verildiyi tarix;
    • ödənişin təyinatı;
    • ödənişlə əlaqədar əlavə məlumat (olduqda);
    • büdcə təsnifatının və büdcə səviyyəsinin kodları (büdcə ödənişlərində);
    • ödəyicinin imzası(ları) və möhür (olduqda).

    Birbaşa debitləşmə üzrə ödəniş sərəncamında ən azı aşağıdakılar olmalıdır:

    • vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda));
    • ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda)), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda));
    • vəsait alanın və ödəyicinin hesab nömrəsi;
    • ödəyici və vəsait alanın təchizatçılarının, həmçinin vasitəçi təchizatçısının (olduqda) adı, kodu, VÖEN-i, hesab nömrəsi, S.W.I.F.T kodu;
    • ödənişin məbləği (rəqəm və yazı ilə) və valyutası;
    • ödəniş sərəncamının verildiyi tarix;
    • ödənişin təyinatı;
    • ödənişlə əlaqədar əlavə məlumat (olduqda);
    • büdcə təsnifatının və büdcə səviyyəsinin kodları (büdcə ödənişləri olduqda;
    • vəsait alanın imzası(ları) və möhürü (olduqda).

    Qalıq dəyərinin nağd qaytarılması bir təqvim ayı ərzində 50 (əlli) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmamaq şərtilə “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçiriləcək.

    Məlumat üçün bildirək ki, qərar noyabrın 12-də qəbul edilib, dekabrın 3-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, dekabrın 4-də qüvvəyə minib.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    Müşviq Kərimov: “Azərbaycan Mərkəzi Bankı Milli Kredit Reytinq Mexanizmi tərtib edib”

    08 Dekabr 2025

    “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov:”Bakını 300 şəhərlik şəbəkəyə qatdıq”

    08 Dekabr 2025

    Azərbaycan Mərkəzi Bankı Qazaxıstan Milli Bankının nümayəndə heyətini qəbul edib: Maliyyə tənzimləməsi və hesabatlıqda təcrübə mübadiləsi

    04 Dekabr 2025

    Taleh Kazımov Seulda Koreya Mərkəzi Bankının sədri ilə görüşüb

    04 Dekabr 2025
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.