Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasına üzv olan bankların “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun görüşü təşkil olunub.
GDP xəbər verir ki,görüşdə Mərkəzi Bankın maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə həyata keçirdiyi təşəbbüslərə dair təqdimat diqqətə çatdırılıb.
Həmçinin bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi mövzuları ətrafında birgə müzakirələr aparılıb.