2024-cü ilin yanvar-iyun aylarında POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə quraşdırılma hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi məsələsi üzrə 330 sayda operativ vergi nəzarəti tədbirləri həyata keçirilərək nəticələri müvafiq aktlarla rəsmiləşdirilib və 232 min manat maliyyə sanksiyası tətbiq edilib.
Bu barədə GDP-yə İqtisadiyyat Naziriliyindən məlumat verilib.
Bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulmasıdır, həm də “ƏDV geri al” hüququndan məhrum olmaqla nəticələnir.
İqtisadiyyat Nazirliyi “Bu qanun pozuntusu vergidənyayınma məqsədi daşıyır və belə əməliyyatlara yol verən vergi ödəyicilərinə vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər”, – deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva