Azərbaycanda iyulun 1-dən etibarən teatr tamaşaları, kinoteatrlarda film nümayişləri, muzeylərə giriş (ziyarət) və simfonik orkestrlərin konsertlərinə görə edilən nağdsız ödənişlərdə Əlavə Dəyər Vergisinin (ƏDV) 50 faizi geri qaytarılacaq. Bu tədbir “ƏDVcashback” adı ilə həyata keçiriləcək.
Beləliklə, dövlət tərəfindən müxtəlif sektorlarda uğurla tətbiq edilən keşbek (ödənişlərin bir hissəsinin geri qaytarılması) mexanizmi, ilk dəfə olaraq, mədəniyyət xidmətləri sahəsinə də şamil edilir. Vətəndaşlar bank kartları, mobil ödəniş sistemləri və ya digər elektron üsullarla ödədikləri bilet və giriş haqlarının üzərindəki ƏDV-nin yarısını geri almaq imkanı əldə edəcəklər.