Həmkarlarla və özəl sektor nümayəndələri ilə birgə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun növbəti iclasında iştirak etdik.
GDP xəbər verir ki. bunu İqtisadiyyat nazirinin müavini Elnur Əliyev rəsmi sosial meaia hesabında yazıb.
O bildirib ki, beynəlxalq ticarətin asanlaşdırılması, eləcə də Dünya Bankı Qrupunun “B-Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru üzrə təkmilləşmələrin aparılması istiqamətində görülmüş işlər barədə müzakirələr apardıq.
“Bu sahədə dövlət xidmətlərinin keyfiyyətinə dair qanunvericiliyin tənzimləməsi, idxal və ixrac əməliyyatlarının səmərəliliyi üzrə təqdimatları dinlədi”,-deyə Elnur Əliyev əlavə edib.