ABŞ-ın WTI markalı nefti cümə günü 2.7% azalaraq bir barrel üçün 70.38 dollar səviyyəsində qərarlaşıb.
GDP xəbər verir ki, bu azalmaya ABŞ-ın Meksika körfəzində Rafael qasırğasının tədarükə uzunmüddətli təsiri ilə bağlı narahatlıqların azalması və Çinin iqtisadi stimul tədbirlərinin gözləntiləri doğrultmaması səbəb olub.
Yenilənmiş proqnozlara görə, Rafael qasırğasının hasilata minimal təsir göstərəcəyi bildirilib. Əvvəlcə körfəzdəki neft hasilatının 22%-dən çoxu ehtiyat tədbiri olaraq dayandırılmışdı.
Çində yerli hökumət borclarının yüngülləşdirilməsinə yönəlmiş stimul tədbirləri tələbatın artırılması ilə bağlı bazar gözləntilərini qarşılaya bilməyib. Defliyasiya meylləri və xam neft idxalının davamlı azalması da qiymətlərə mənfi təsir göstərib.
İran və Venesuelaya qarşı ABŞ sanksiyalarının sərtləşdirilməsi ehtimalı qiymətlərə müəyyən dəstək verib. Buna baxmayaraq, neft həftə ərzində təxminən 1% artım nümayiş etdirib.