Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 10 milyard 860,7 milyon manat təşkil edib.
GDP bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur.
Qeyd edək ki, 2025-ci il ərzində ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, 9 aylıq ödəniş tam icra edilib.