Əksər institusional investorlar, o cümlədən suveren sərvət və pensiya fondları kimi Azərbaycan Dövlət Neft Fondu (ARDNF) də kotirovka olunan səhmlərə investisiyalarını həyata keçirərkən passiv idarəetmə strategiyasından istifadə edir.
GDP xəbər verir ki, bunu ADNF səhmlərini aldığı dünya miqyaslı şirkətlərin idarəetmə qərarlarına təsir imkanları barədə suala cavabında qeyd edib.
Fond tətbiq etdiyi startegiyanın mahiyyətinə aydınlıq gətirib : “Bu strategiya individual şirkətlərin səhmlərinə investisiya etmək əvəzinə, “MSCI World” kimi xüsusi səhm indekslərini izləməyi nəzərdə tutur. ARDNF-nin səhm portfeli üzrə izlədiyi əsas indeks olan “MSCI World” indeksi 1465 şirkətin (bu şirkətlərin toplam bazar kapitalizasiyası 70 trilyon ABŞ dollarına yaxındır) səhmlərini özündə birləşdirir”
Fond bildirib: “ARDNF portfelindəki şirkətlərdə çox kiçik paya sahib olduğu (aşağıdakı cədvədlən göründüyü kimi), həmçinin hazırda Səhmdarların Ümumi Yığıncağında səsvermə tətbiq etmədiyi üçün səhmini aldığı qlobal şirkətlərin idarəetməsinə təsir imkanlarına malik deyil”