Mərkəzi və Şərqi Avropa regionu üzrə 11-ci CFA İnvestisiya Konfransı İstanbulda uğurla keçirilib. Tədbirdə regionun iqtisadi perspektivləri, kapital bazarlarının inkişafı və qlobal mühitdə alternativ investisiyaların rolu müzakirə olunub. Konfransda aparıcı investisiya mütəxəssisləri, siyasətçilər və təfəkkür liderləri bir araya gəlib.
Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) İnvestisiya departamentinin Alternativ investisiyalar üzrə risklərin idarə edilməsi şöbəsinin müdiri Rəşad Rzayev “Mərkəzi və Şərqi Avropa bazarlarının dinamikası: risk və fürsətlərə ekspert yanaşmaları” adlı panel müzakirəsinə qatılıb.
Rəşad Rzayev çıxışında ARDNF-nin investisiya strategiyası, Mərkəzi və Şərqi Avropa regionundakı yatırımları və alternativ investisiyalar üzrə risklərin idarə edilməsi sahəsində qarşılaşdıqları çağırışlar barədə geniş məlumat verib.