Ötən gün qeydə alınan kəskin enişdən sonra neft qiymətləri yenidən yüksəlişə başlayıb.
GDP xəbər verir ki, Bakı vaxtı ilə səhər saat 09:13-ə olan məlumata görə, London birjasında Brent markalı neftin may fyuçersləri 3,84 dollar (3,84%) artaraq barelə görə 103,78 dollar səviyyəsinə çatıb. Bazar ertəsi günü isə bu göstərici 12,25 dollar və ya 10,92% dəyər itirərək 99,94 dollar olmuşdu.
ABŞ-ın WTI markalı neftində də oxşar vəziyyət müşahidə olunur. Nyu-York Əmtəə Birjasında may fyuçersləri 3,39 dollar (3,85%) bahalaşaraq barelə görə 91,52 dollar təşkil edib. Ötən sessiyada WTI 10,1 dollar və ya 10,28% ucuzlaşaraq 88,13 dollar səviyyəsinə enmişdi.
Beləliklə, hər iki əsas neft markası ötən günkü itkilərin bir hissəsini geri qaytarmağa nail olub.

