Bu gün səhər neft bazarlarında qiymətlər kəskin şəkildə aşağı düşüb. Bazarda ABŞ prezident seçkilərinin ilkin nəticələri və ölkənin neft ehtiyatları barədə qeyri-rəsmi məlumatlar qiymətlərə təsir göstərir.
GDP xəbər verir ki, London ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçersləri Bakı vaxtı ilə 09:11-də bir barreli 74,63 dollar təşkil edib ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 0,9 dollar və ya 1,19 faiz azalma deməkdir. Nyu-York Əmtəə Birjasının elektron ticarətində WTI markalı neftin dekabr fyuçersləri 0,81 dollar və ya 1,13 faiz azalaraq bir barreli 71,18 dollar səviyyəsinə düşüb.