Brent markalı neftin bir barreli 85,79 dollara düşüb.
GDP xəbər verir ki, neft qiymətləri əvvəlki ticarətdə yüksəlişdən sonra ucuzlaşır.
Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin kotirovkaları Bakı vaxtı ilə saat 17:48-də bir barel üçün 0,22 dollar və ya 0,3% ucuzlaşaraq 85,79 dollar olub.
Bu vaxta qədər Nyu-York əmtəə birjasında avqust ayı üçün WTI neftinin qiyməti 0,17 dollar və ya 0,2% ucuzlaşaraq 81,48 dollar/barelə bərabər olub.