ABŞ-da neft ehtiyatlarına dair açıqlanan məlumatlar qiymətlərə təzyiq göstərir.
GDP xəbər verir ki, çərşənbə axşamı axşam saatlarında neft qiymətlərində enmə müşahidə olunub. London birjasında Brent markalı neftin may fyüçersləri 3,19% (3,33 dollar) dəyər itirərək barel üçün 101,16 dollar səviyyəsinə düşüb. ABŞ-ın WTI markalı nefti də 2,91% (2,69 dollar) ucuzlaşmaqla 89,66 dollar təşkil edib.
Bazar iştirakçıları qarşıdakı günlərdə tələb və təklif dinamikasını, həmçinin makroiqtisadi göstəriciləri diqqətlə izləyəcəklər.

