ICE Futures birjasında Brent neftinə olan fyuçers müqavilələrinin kotirovkaları ani olaraq 2,25% aşağı düşərək, hər barrel üçün 61,96 dollar olub.
GDP xəbər verdi ki,bu növ neft 22 oktyabrdan bəri 62 dollardan aşağı qiymətə satılmamışdı.
Qiymətlər üçüncü gün ardıcıl olaraq aşağı düşür. Reuters agentliyi bildirir ki, ABŞ Rusiya və Ukrayna arasında dünya neft bazarında təklifi artıra biləcək sülh sazişinə israr edir, eyni zamanda faiz dərəcələri ilə bağlı qeyri-müəyyənlik investorların risk meyilliyini məhdudlaşdırır.

