Neft cümə axşamı səhər qiymət qazanır, öncəki gün itirdiyi mövqelərini bərpa edir.
GDP xəbər verir ki,Londondakı ICE Futures birjasında may ayı üzrə Brent markalı neftin fyüçerslərinin qiyməti Bakı vaxtı ilə saat 8:06-a olan məlumata görə 1,85 dollar və ya 1,81% artaraq barel üçün 104,07 dollar təşkil edir.
Nyu-York Əmtəə Birjasının elektron ticarətində may ayı üzrə WTI markalı neftin fyüçersləri isə bu vaxtadək 1,73 dollar bə ya 1,92% bahalaşaraq barel üçün 92,05 dollar olub

