NEQSOL Holdinq “Parla” proqramının iştirakçıları üçün Cənubi Qafqazın ən böyük sement istehsalçısı olan NORM ASC-nin istehsalat zavoduna səfəri təşkil edib.
GDP xəbər verir ki, bu tur onlara sənaye və zavodun iş mühiti daxilində praktiki təcrübə təqdim etmək üçün nəzərdə tutulmuş planlaşdırılmış inkişaf səyahətinin ayrılmaz hissəsidir.
Proqram iştirakçıları hərtərəfli Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit (SƏTƏM) ilə tanış oldular. Bundan sonra onlar Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət (QAQC) eksperti ilə laboratoriyanı araşdırdılar. Mütəxəssis ən yüksək standartlara cavab verən və müasir avadanlıqlarla təchiz olunmuş sement və beton laboratoriyalarını təqdim edib. Səfər sement istehsalı prosesini real nümunələrlə izah edən İstehsalat Mühəndisinin rəhbərlik etdiyi zavoda maraqlı ekskursiya ilə başa çatıb.
Qeyd edək ki, NEQSOL Holdinqin Təhsilin İnkişafı Fondu ilə birgə həyata keçirdiyi “Parla” proqramı 50 görkəmli qadın universitet tələbəsini təqaüd, təcrübə, mentorluq və aparıcı qlobal universitet proqramlarına çıxış imkanı ilə dəstəkləyir.