Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimovanın keçirdiyi “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər” mövzusunda mətbuat konfransında daşınmaz əmlakın dövlət qeydiyyatı üzrə statistik göstəricilər açıqlanıb.
GDP xəbər verir ki, sədr bildirib ki, hesabat dövründə daşınmaz əmlak üzrə ümumilikdə 364 136 dövlət qeydiyyatı aparılıb. Qeydiyyata alınan obyektlərin ən böyük hissəsini torpaq sahələri təşkil edir — bu istiqamət üzrə 186 595 qeydiyyat rəsmiləşdirilib.
Onun sözlərinə görə, mənzillər üzrə 92 888, fərdi yaşayış və bağ evləri üzrə 71 688 qeydiyyat həyata keçirilib. Qeyri-yaşayış obyektləri üzrə 12 122, əmlak kompleksi kimi müəssisələr üzrə isə 728 qeydiyyat aparılıb.
Ən aşağı göstərici çoxmərtəbəli yaşayış binaları üzrə qeydə alınıb — bu kateqoriya üzrə cəmi 112 qeydiyyat olub

