2024-cü il ərzində Azərbaycanda ən çox vergi ödəyən şirkətlərin siyahısı açıqlanıb.
GDP Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Azərbaycanda sement istehsal edən şirkətkətlər arasında ən çox vergini “NORM” ASC ödəyib.
Dövlət Vergi Xidmətinin məlumatlara görə, “NORM” ASC 2024-cü ildə 42 milyon manat vergi ödəyərək ödədiyi verginin həcminə görə, sement istehsalçıları arasında birinci yeri tutub. Şirkət ölkədə tikinti və infrastruktur layihələrinin əsas sement təminatçılarından biri hesab olunur.
Siyahıda ikinci pillədə isə “HOLCİM (AZƏRBAYCAN)” ASC qərarlaşıb. İsveçrənin tanınmış “Holcim Group” şirkətinə məxsus müəssisə ötən il 28,8 milyon manat vergi ödəyib. Uzun illərdir Azərbaycanda sement və beton istehsalı ilə məşğul olan şirkət ölkənin tikinti sektorunun əsas sement təminatçılarından biridir.
Sement istehsalçılarının ödədiyi vergilərin yüksək olması, ölkədə infrastruktur layihələrinin genişlənməsi və tikinti sektorunun dinamik inkişafı ilə bağlıdır. Son illərdə Qarabağın bərpası ilə əlaqədar tikinti materiallarına artan tələbat bu sektorda fəaliyyət göstərən şirkətlərin istehsal həcmini artıraraq onların vergi ödənişlərinə və iqtisadi hərəkətliyə də müsbət təsir edib.