Dünyanın ən böyük sərvət fondu olan Norveç Dövlət Pensiya Fondu (Government Pension Fund Global, GPFG) Manhettenı-ın Altıncı Prospektində yerləşən ofis binasının 95%-ni almaq üçün 542,6 milyon dollar investisiya planlaşdırır.
GDP xəbər verir ki,bu müqavilə Beacon Capital Partners investisiya şirkəti ilə birgə layihə çərçivəsində həyata keçiriləcək. Beacon-un törəmə şirkəti binanın 5%-lik hissəsini satın alacaq, ana şirkət isə onun aktivlərini idarə edəcək. Ofisin sahəsi 1 milyon kvadrat fut (təxminən 93 min kv.m.) təşkil edir.
Müqavilənin ümumi dəyəri 571,1 milyon dollar olaraq qiymətləndirilir və 2025-ci ilin üçüncü rübündə başa çatdırılması planlaşdırılır.
GPFG və Beacon Capital Partners ofis binasını Kaliforniya Müəllimlər Pensiya Fondu və özəl inkişaf etdirici şirkət olan Silverstein Properties-dən alacaqlar.