Nyu-York Fond Birjasında cümə günü əhəmiyyətli artım müşahidə olunub. Dou Cons Nyu-York Fond Birjasında cümə günü əhəmiyyətli artım müşahidə olunub.
Ən çox artım aviasiya nəhəngi “Boeing” şirkətinin səhmlərində qeydə alınıb. Şirkətin səhmləri 4,04 faiz artaraq investorları sevindirməyi bacarıb. Bundan başqa kredit kartları sahəsində lider olan “American Express” şirkətinin səhmləri 3,02 faiz, idman geyimləri istehsalçısı “Nike” şirkətinin səhmləri isə 2,93 faiz yüksəlib.
Gün ərzində ən çox ucuzlaşma çip istehsalçısı “Nvidia” şirkətinin səhmlərində müşahidə olunub. Belə ki, şirkətin səhmləri 3,24 faiz dəyər itirib. Tibbi sığorta şirkəti “UnitedHealth”in səhmləri 1,09 faiz, onlayn ticarət nəhəngi “Amazon”un səhmləri isə 0,65 faiz ucuzlaşıb.