“Ookla” hesabatına görə Azərbaycanda genişzolaqlı internetin sürəti 36% artıb.
GDP xəbər verir ki, genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın aprel ayı üzrə hesabatına görə, ölkəmizdə genişzolaqlı internetin sürəti 12 ayda artaraq orta hesabla 39,24 Mbit/s-i keçib. Bu, illik sürətin 36% artımı deməkdir.