OPEC+ ölkələrinin nazirləri onlayn formatda keçirilən iclasda 2026-cı il üzrə neft hasilatı səviyyələrinə dair əvvəlcədən qəbul edilmiş qərarları təsdiq ediblər.
GDP xəbər verir ki, beləliklə, növbəti il ərzində hasilat göstəriciləri mövcud kvotalar çərçivəsində saxlanılacaq. Bu barədə təşkilatın yaydığı press-relizdə məlumat verilir.
Nazirlər həmçinin iştirakçı ölkələrin maksimal hasilat imkanlarının müəyyən edilməsi üçün tətbiq olunacaq mexanizmi təsdiqləyiblər. Həmin mexanizm 2027-ci il üzrə hasilat səviyyələrinin müəyyənləşdirilməsi üçün baza göstəricisi kimi istifadə olunacaq.
Bazar günü onlayn şəkildə bir araya gələn səkkiz OPEC+ ölkəsinin nazirləri də gözlənildiyi kimi, 2026-cı ilin birinci rübündə neft hasilatının artırılmasının dayandırılması barədə əvvəlki qərarı qüvvədə saxlayıblar. Bununla, gələn ilin ilk rübü üçün hasilat səviyyələri dekabr ayında qüvvədə olan kvotalar əsasında müəyyən ediləcək.

