OPEC+ ölkələri iyun ayından etibarən gündəlik 411 min barel neft hasilatını artırmaq qərarı dünya bazarında artıq təklifin yarana biləcəyi və qiymət müharibəsi riski ilə bağlı iqtisadçıların narahatlıqlarını kəskin şəkildə artırır.
Təhlillərə görə, neftin qiyməti 1 barel üçün 50 dollardan aşağı düşə bilər, xüsusilə də ABŞ və digər əsas iqtisadiyyatlarda resesiya baş verərsə, bu eniş daha da dərinləşəcək.
Mütəxəssislər qeyd edir ki, tələbin zəifləməsi ilə birgə artan neft təchizatı, 2020-ci ildəki kimi genişmiqyaslı qiymət müharibəsinə səbəb ola bilər. Bu, enerji sektorunda və ümumilikdə qlobal bazarda böhran yaratmaq potensialına malikdir.