OPEC+ çərçivəsində neft hasilatının könüllü məhdudlaşdırılmasında iştirak edən səkkiz ölkənin nazirləri növbəti aylıq görüşün yekununda hasilatın artırılmasına qoyulan fasilənin ilin birinci rübündə də davam etdirilməsi barədə qərar qəbul ediblər.
GDP xəbər verir ki,bu barədə OPEC-in yaydığı məlumatda bildirilir.
Qərara əsasən, mart ayı üçün neft hasilatı kvotaları dekabr ayında qüvvədə olan səviyyədə saxlanılacaq. Bu yanaşma daha əvvəl razılaşdırılmış planlara uyğun olaraq həyata keçirilir.
Məlumatda qeyd olunur ki, mövcud qərar qlobal neft bazarında tarazlığın qorunması, tələb-təklif balansının sabit saxlanılması və qiymət volatilliyinin azaldılması məqsədi daşıyır. OPEC+ ölkələri bazardakı vəziyyəti aylıq əsasda qiymətləndirməyə və zərurət yaranacağı təqdirdə siyasətə yenidən baxmağa davam edəcəklər.

