ABŞ proqnozunun yenidən qiymətləndirilməsi fonunda OPEK qeyri-OPEK+ ölkələrində neft hasilatının artımı proqnozunu 40 min barel/gün qaldırıb.
GDP -nin məlumatına görə, OPEK-in aylıq hesabatında qeyd olunur ki, təşkilat 2025-ci il üçün qeyri-OPEK+ ölkələrindən maye karbohidratların (MQK) təklifinin artım proqnozunu 0,96 mln barel/günə qaldırıb.
Bir ay əvvəl bu göstərici 0,92 mln barel/gün səviyyəsində proqnozlaşdırılırdı ki, bu da təxminən 40 min barel/günlük artım deməkdir.
Beləliklə, cari ildə qeyri-OPEK+ ölkələrinin ümumi təklifinin 54,15 mln barel/gün səviyyəsində olacağı proqnozlaşdırılır.
Dəyişikliklər, ilk növbədə, cari il üzrə ABŞ tərəfindən təklif gözləntilərinin yenidən qiymətləndirilməsi ilə əlaqədardır: hasilat artımı proqnozu 50 min barel/gün artırılaraq 0,46 mln barel/günə qədər qaldırılıb ki, bu da ölkədə MQK istehsalının 22,22 mln barel/günə qədər artmasını nəzərdə tutur.

