“Azərbaycan Dəmir Yolları” QSC ilə Szyansu vilayətinin (Çin) hökumət nümayəndə heyəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
GDP xəbər verir ki, memorandum tərəflər arasında dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli əlaqələrin inkişafına və Orta Dəhliz üzrə daşımaların həcminin artırılmasına xidmət edəcək.
Görüş zamanı tərəflər Orta Dəhlizə əlavə yüklərin cəlb edilməsi, Azərbaycan ərazisindən tranzit daşımalarda Çinin subsidiyaları və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


