İndiyədək 10-a yaxın Çin şirkəti Qarabağ bölgəsində biznes qurmaq üçün müraciət edib.
GDP xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “ŞƏT Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı” nda çıxış edərkən deyib.
O bildirib: “KOBİA-nın əsas hədəflərindən biri də Qarabağ ərazisində biznes sektorunun bərpasının dəstəklənməsidir. İşğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən yerli və xarici sahibkarların biznes layihələri KOBİA tərəfindən toplanılmaqdadır. Burada prioritet sahələr tikinti, turizm, mədənçıxarma, nəqliyyat, kənd təsərrüfatı, istehsalat və digər sahələrdir.”
Orxan Məmmədov şun sözlərinə gprə indiyədək 10-a yaxın Çin şirkəti Qarabağ bölgəsində biznes qurmaq üçün müraciət edib. “Bu ərazilərdə inkişaf çərçivəsində həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları innovativ həllərdən istifadəni tələb edir. Ona görə də, biz çinli sahibkarları bu sahədə aktiv olmağa dəvət edirik. Agentliyimiz bütün zəruri mərhələlərdə, o cümlədən müvafiq orqanlarla koordinasiya və uyğun yerli tərəfdaşların müəyyən edilməsində lazımi dəstək göstərməyə hazırdır.”