Kiçikhəcmli və aşağı həcmli kreditlərin verilməsindən maliyyə institutları çəkinirlər.
GDP xəbər verir ki,bunu Kiçik və orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ həllər”konfransında çıxışı zamanı deyib.
O bildirib ki, mikromaliyyələşmə xidmətləri xərcli proses olduğu üçün adətən mikromaliyyə təşkilatları yüksək faizlər tətbiq edirlər. “Lakin sahibkarlıq subyektləri iş ehtiyaclarını təmin etmək üçün daha münasib şərtlərə və aşağı faizli kreditlərə ehtiyac duyurlar. Buna görə də dövlətin bu sahədə maliyyə institutları ilə əməkdaşlığı daha da genişləndirilməli və maliyyə ehtiyaclarına çıxış sahibkarlar üçün daha əlçatan olmalıdır,”-deyə Məmmədov qeyd edib.
KOBİA rəhbəri vurğulayıb ki, bəzi hallarda KOB-lar maliyyə xidmətləri təminatçılarının tələblərinə cavab vermir.
” Hətta cavab verdikdə belə, kiçikhəcmli və aşağı həcmli kreditlərin verilməsindən maliyyə institutları çəkinirlər.”-deyə Orxan Məmmədov fikirlərini tamamlayıb.