Mikromaliyyələşmə xidmətləri xərcli proses olduğu üçün adətən mikromaliyyə təşkilatları yüksək faizlər tətbiq edirlər.
GDP xəbər verir ki,bunu Kiçik və orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ həllər”konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə KOBİA tərəfindən bu günə qədər Bakı və regionlar üzrə 21 mindən çox sahibkarın iştirakı ilə 584 sahəvi görüş, maarifləndirmə tədbiri, eləcə də KOBİA yanında İctimai Şuranın iclasları təşkil edilib. “Bu tədbirlərin 56-sı 1600-dən çox sahibkarın iştirakı ilə maliyyə, güzəştli kredit və bankçılıqla bağlı olub,”-deyə Orxan Məmmədov qeyd edib.
Məmmədov əlavə edib ki, mikromaliyyələşmə xidmətləri xərcli proses olduğu üçün adətən mikromaliyyə təşkilatları yüksək faizlər tətbiq edirlər. “Lakin sahibkarlıq subyektləri iş ehtiyaclarını təmin etmək üçün daha münasib şərtlərə və aşağı faizli kreditlərə ehtiyac duyurlar,”-deyə Orxan Məmmədov deyib.