Yaşıl enerjinin istehsal olunması və yaşıl enerjininin dünya bazarına nəqli Azərbaycan enerji siyasətinin prioritetdir.
Bunu Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxış edərkən Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
O bildirib: “Karbon qiymətqoyma alətlərinin tətbiqi qarşıya çıxabiləcək maneələri daha yaxşı anlamağa və onların öhdəsindən gəlməyə kömək edir.Bu forum bu cür innovasiyaların paylanılması üçün mükəmməl platformadır.”
Orxan Nəzərli qeyd edib ki, ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alır. “Azərbaycan 2030 Sosial -İqtisadi inkişafa dair milli prioritetlərə uyğun olaraq yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji milli prioritetlər olaraq seçilmiş və 2022- 2026 illər Sosial İqtisadi inkişafı strategiyasında təmiz ətraf mühit və yaşıl kart ölkəsi üzrə strateji təcrübə müəyyən edilmişdir. Yaşıl enerjinin istehsal olunması və yaşıl enerjininin dünya bazarına nəqli Azərbaycan enerji siyasətinin prioritetdir”,-ďeyə Orxan Nəzərli vurğulayıb.