Özbəkistanın Kənd Təsərrüfatı naziri İbrokhim Abdurakhmonov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə “Agro Dairy” şirkətini ziyarət edib.
GDP xəbər verir ki, səfər zamanı qonaqları Agro Dairy şirkətinin baş icraçı direktoru Niyazi Əmirbəyov, kommersiya üzrə baş direktoru Əsəd Qurbanzadə və ticarət əlaqələri üzrə rəhbəri Fərid Manaflı qarşılayıb.
Görüşdə, kənd təsərrüfatı sahəsində həyata keçirilən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında aqrar sahədə əməkdaşlığın genişlənməsi və potensial layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb. Həmçinin, Azərbaycan və Özbəkistan arasında aqrar sahədə qarşılıqlı maraqların artırılması və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni imkanlar araşdırılıb.
Tərəflər, gələcəkdə bu sahədə əməkdaşlıqda yeni layihələrin həyata keçirilməsi üçün qarşılıqlı istəklərini ifadə ediblər. Bu görüş, hər iki ölkənin kənd təsərrüfatı sahəsində mövcud olan potensialını daha da gücləndirmək və regional əməkdaşlığı artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.