Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Energetika Naziri Pərviz Şahbazov Azərbaycanın alternativ enerji sahəsindəki inkişaf planları barədə açıqlama verib.
GDP xəbər verir ki, nazirin sözlərinə görə, 2030-cu ilə qədər Qarabağ və Şərqi Zəngəzur bölgələrində ümumilikdə 1,6 QVt gücündə günəş və külək enerjisi stansiyalarının tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
“Bu layihələr çərçivəsində Azərbaycanın yaşıl energetika sahəsində enerji istehsalını iki dəfə artıracağıq. Eyni zamanda, zərərli qaz emissiyalarını 2 milyon kubmetrədək azaltmağı planlaşdırırıq”, – deyə Pərviz Şahbazov bildirib.
Qeyd olunur ki, layihələr ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi və ekoloji dayanıqlılığın təmin edilməsi istiqamətində mühüm addım hesab olunur.