2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın qaz ixracı 12,7 milyard kubmetr təşkil edib.
GDP xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında yazıb.
Bildirilib ki, ixracın 51 faizi (6,4 milyard kubmetri) Avropanın, 39 faizi (5 milyard kubmetri) Türkiyənin, 10 faizi (1,3 milyard kubmetri) isə Gürcüstanın payına düşüb.Hesabat dövründə TANAP Türkiyəni 2,8 milyard kubmetr qazla təchiz edib. Cari ilin ilk 6 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz artıb.