Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 6 dekabr 2024-cü il tarixli ümumi yığıncağında Müşahidə Şurasının tərkibinə mühüm dəyişiklik edilib.
GDP xəbər verir ki, PAŞA Bank ASC-nin Maliyyə İnstitutları və Xidmət Sənayesi Departamentinin Rəhbəri Zahid Əfəndiyev Assosiasiyanın Müşahidə Şurasına üzv seçilib.
PAŞA Bank 2013-cü ildən bəri AMFA-nın üzvüdür və mikromaliyyə sektorunun inkişafına yerli inkişaf investoru kimi əhəmiyyətli töhfələr verir. Bank həmçinin Assosiasiya tərəfindən həyata keçirilən təşəbbüslərə və sektordakı qabaqcıl təcrübələrin təşviqinə dəstək göstərir.