Bank, rəqəmsal məhsullar vasitəsilə KOS-lara 250,000 AZN-ə qədər kredit imkanı təqdim edir.
GDP xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev müsahibəsində deyib.
O bildirib: ““PAŞA Bank” KOS-lara girovsuz və tam rəqəmsal kredit almaq imkanı verir. Belə ki, bu məhsullar bizneslərin maliyyə ehtiyaclarını qarşılamaq üçün tez və rahat bir yoldur. Bank, rəqəmsal məhsullar vasitəsilə KOS-lara 250,000 AZN-ə qədər kredit imkanı təqdim edir.”
Bəhruz Nağıyevin sözlərinə görə,bank, faktorinq və təchizat zənciri maliyyələşdirilməsi kimi rəqəmsal həllərlə KOS-ların likvidliyini artırır. “Faktorinq xidmətləri ilə təchizatçılar mallarının və xidmətlərinin ödənişlərini vaxtında alır, alıcılar isə borclarını bank vasitəsilə ödəyir. Bu, KOS-lara maliyyə axınını daha yaxşı idarə etmələrinə və bizneslərini böyütmələrinə imkan yaradır”,-deyə “PAŞA Bank”ın İdarə heyəti sədrinin müavini qeyd edib.