Hazırda çalışırıq ki, bizim kreditlərimiz fermerlər və kiçik sahibkarlar üçün daha əlçatan olsun
Bunu GDP-yə müsahibəsində “PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev deyib.
Bank rəhbəri bildirib: “Bizim daxili araşdırmaya görə hazırda “PAŞA Bank” Azərbaycanda regionlarda ən çox aqro kredit verən bankdır. Amma bizim əsas hədəfimiz büyük və orta sahibkarlıq subyektləridir.”
Cavid Quliyev fikirlərinin davamında qeyd edib: “Hazırda çalışırıq ki, bizim kreditlərimiz fermerlər və kiçik sahibkarlar üçün daha əlçatan olsun. Bunu etmək üçün biz bu sahədə büyük şirkətlərlə bir “zəncir” qurmalıyıq. O “zəncirin” formalaşması nəticəsində, fermerlər və kiçik sahibkarların maliyyələşdirilməsini effektiv şəkildə aparmaq üçün bir struktur qurmaq fikrindəyik”
Müəllif: Aynur Qəniyeva