Əgər beynəlxalq arenaya- Avropa və ya Amerika banklarına baxsanız burada sərt adlandırılan tələblər orada daha ağırdır.
GDP xəbər verir ki, “PAŞA Bank” ASC-in İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2024-cü ilin birinci yarısının maliyyə nəticələrinə hərs olunmuş mətbuat konfrasında deyib.
O bildirim ki, normativ tələblərin dəyişdirilməsinin, yeri gəldikdə artmasının sərtləşmə kimi təqdim edilməsi barədə qeyd etmək istərdim ki, bu sağlam bankçılığın vacib amillərindən biridir. Biz düşünmürük ki, bunlar sərtləşdirici nüanslardır. Biz bunu sərtləşdirici nüans kimi qəbul etmirik.
Bəhruz Nağıyev fikirlərinə aydınlıq gətirərək əlavə edib “Düşünürəm ki, sağlam bankçılığın kökü buradan başlayır. Əgər beynəlxalq arenaya- Avropa və ya Amerika banklarına baxsanız burada sərtdir deyilən tələblər orada daha da ağırdır.Hesab etmirəm ki, bu real sektorun maliyyələşməsinə maneə olmur.”
“PAŞA Bank” ASC-in İdarə Heyəti sədrinin müavini fikirlərinin davamında bu gün də bazar açıqdır,gördüyünüz kimi portfel artımı yerindədir 24.5 milyarda gəlib çıxıb. “Nəzərə çarpan yəni 10%-ə yaxın bir artım qeydə alınıb.Sərtləşmə olduğu halda bu artım yəqin ki, qeydə alınmazdı. Ən azı biznes kreditlərində biz bunu görmürük”,-deyə Bəhruz Nağıyev vurğulayıb.