Bankın 2025-ci ilin ilk altı ayında ümumi aktivləri 31 dekabr 2024-cü illə müqayisədə 19,7 faiz artaraq 557,101 manat səviyyəsinə çatıb.
GDP bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu artım əsasən kredit portfelindəki 33,8 faiz yəni 253,104 manat və depozit portfelindəki 31,5 faiz yəni 297,682 manat güclü böyümədən qaynaqlanıb. Aktiv tərkibində də diqqətçəkən irəliləyişlər qeydə alınıb: pul vəsaitləri 13,8 faiz artımla 109,420 manata, debitor borclar 8,5 faiz artımla 85,690 manata, uzunmüddətli aktivlər isə 13,8 faiz artımla 355,300 manata yüksəlib.
Öhdəliklər və kapital göstəricilərində PAŞA Bank Türkiyə ümumi öhdəliklərdə 34,2 faiz və ya 227,010 manat artım qeyd edərkən, qısamüddətli öhdəliklər 9,8 faiz və ya 376,200 manat, uzunmüddətli öhdəliklər 17,1 faiz və ya 167,200 manat artıb. Ən diqqətçəkən irəliləyiş isə kapitalda qeydə alınıb: bankın kapitalı 66,1 faiz artımla 51,013 manatdan 84,736 manata qalxaraq tarixi rekord müəyyən edib. Bu, PAŞA Bank Türkiyənin kapital bazasını möhkəmləndirmə strategiyasının uğurunu əks etdirir.
Gəlir və mənfəət bölməsində PAŞA Bank Türkiyə satış gəlirlərində 45 faiz artımla 27,517 manat, satış gəlirləri (gross) 8,8 faiz artımla 658,350 manat, əməliyyat mənfəəti 9,4 faiz artımla 198,550 manat, digər gəlirlər isə 12 faiz artımla 11,700 manat gəlir əldə edib. Bu müsbət dinamika nəticəsində bankın xalis mənfəəti 33,3 faiz artaraq 11,563 manat səviyyəsinə çatıb.
Nəticə olaraq, PAŞA Bank Türkiyə 2025-ci ilin ilk yarısını kredit portfelində 33,8 faiz, depozit portfelində 31,5 faiz, kapitalda 66,1 faiz və satış gəlirlərində 45 faiz artımla başa vurub.Xalis mənfəətdəki 33,3 faizlik artım bankın davamlı inkişaf strategiyasının effektivliyini bir daha sübut edir.
Qeyd:PAŞA Bank Türkiyə (rəsmi sənədlərdə “PASHA Bank” qısa adı ilə) 30 iyun 2025-ci il tarixinə olan maliyyə nəticələri 1 TL = 0,0418 manat məzənnəsi əsasında hesablanıb.