Close Menu
    What's Hot

    ABŞ Mərkəzi Bankı gözlənilən qərarı verdi: uçot dərəcəsi 3,75%-də saxlanıldı

    29 Yanvar 2026

    “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev: “IPO-da məqsədimiz fiziki şəxslər üçün rahat investisiya imkanı yaratmaqdır”-Eksklüziv

    29 Yanvar 2026

    Bank sektorunun balansı artıb: 2025-ci ildə sektorun aktivləri, öhdəlikləri və kapitalı hansı istiqamətdə dəyişib?

    28 Yanvar 2026
    Trending
    • ABŞ Mərkəzi Bankı gözlənilən qərarı verdi: uçot dərəcəsi 3,75%-də saxlanıldı
    • “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev: “IPO-da məqsədimiz fiziki şəxslər üçün rahat investisiya imkanı yaratmaqdır”-Eksklüziv
    • Bank sektorunun balansı artıb: 2025-ci ildə sektorun aktivləri, öhdəlikləri və kapitalı hansı istiqamətdə dəyişib?
    • PAŞA Bankın rəhbəri Cavid Quliyev: “PAŞA Bank səhmlərinin 5%-i, yəni 932 mindən çox səhm kütləvi təklif üsulu ilə birjaya çıxarılacaq”
    • AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
    • 2025-ci ildə Azərbaycan sığorta bazarı: artan həcmlər, sürətlə böyüyən risklər
    • Özbəkistan Mərkəzi Bankının Kibertəhlükəsizlik Mərkəzinin nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub
    • Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
    Gdp.azGdp.az
    • Ana səhifə
    • Rəsmi
    • Bank
      1. Mərkəzi Bank
      2. Banklar
      3. BOKT
      4. Fintex
      5. Bankların renkinqi
      Featured

      ABŞ Mərkəzi Bankı gözlənilən qərarı verdi: uçot dərəcəsi 3,75%-də saxlanıldı

      29 Yanvar 2026
      Recent

      ABŞ Mərkəzi Bankı gözlənilən qərarı verdi: uçot dərəcəsi 3,75%-də saxlanıldı

      29 Yanvar 2026

      “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev: “IPO-da məqsədimiz fiziki şəxslər üçün rahat investisiya imkanı yaratmaqdır”-Eksklüziv

      29 Yanvar 2026

      Bank sektorunun balansı artıb: 2025-ci ildə sektorun aktivləri, öhdəlikləri və kapitalı hansı istiqamətdə dəyişib?

      28 Yanvar 2026
    • Birja
      1. Yerli bazar
      2. Qlobal birjalar
      3. Kliptovalyuta
      4. View All

      AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

      28 Yanvar 2026

      ABB İnvest-in 2025-ci ildə ümumi dövriyyəsi 35% azalıb, repo və səhm ticarətində bazar payını itirib– ticarət strategiyasını köklü şəkildə dəyişib

      13 Yanvar 2026

      Azərbaycanın qiymətli kağızlar bazarının 42%-dən artığına nəzarət edən PAŞA Kapital İnvestisiya Şirkətinin Əməliyyat həcminin artım dinamikası və struktur təhlili

      11 Yanvar 2026

      Azərbaycanda investorların milyonlarını idarə edən investisiya şirkətlərinin cəmi əməliyyat həcmi və bazar payı üzrə renkinqi (2025 yanvar-dekabr)

      11 Yanvar 2026

      Qızılın unsiyasının qiyməti 5 min dollar səviyyəsini aşaraq tarixi maksimumu yeniləyib

      26 Yanvar 2026

      Brent neftinin qiyməti 64 dolları keçdi

      13 Yanvar 2026

      Alphabet-in kapitallaşması ilk dəfə 4 trilyon dolları keçib

      13 Yanvar 2026

      WSJ -da ABŞ-nin Venesuela vasitəsilə neftin qiymətini barrelə 50 dollara endirmək planları barədə açıqlama

      09 Yanvar 2026

      Strategy fondu çökür: Bitcoin investorları 80%-dən çox zərərdə

      03 Dekabr 2025

      Türkmənistanda kriptovalyuta mayninqi və kriptobirjalar leqallaşdırıldı

      28 Noyabr 2025

      BlackRock 145 milyon dollara 1669 Bitkoin aldı, Bitkoinin qiyməti 87 min dollara qalxdı

      25 Noyabr 2025

      Deutsche Bankın analitikləri: Bitcoin qızılın tarixi yolunu təkrarlayır və Mərkəzi Bankların ehtiyatlarında yer ala bilər

      25 Sentyabr 2025

      AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb

      28 Yanvar 2026

      Qızılın unsiyasının qiyməti 5 min dollar səviyyəsini aşaraq tarixi maksimumu yeniləyib

      26 Yanvar 2026

      ABB İnvest-in 2025-ci ildə ümumi dövriyyəsi 35% azalıb, repo və səhm ticarətində bazar payını itirib– ticarət strategiyasını köklü şəkildə dəyişib

      13 Yanvar 2026

      Brent neftinin qiyməti 64 dolları keçdi

      13 Yanvar 2026
    • İqtisadiyyat
      1. Büdcə
      2. Vergi
      3. Kənd Təsərüfatı
      4. Nəqliyyat
      5. Energetika
      6. Neft qaz
      7. Əmlak
      8. Audit
      9. İKT
      Featured

      Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

      27 Yanvar 2026
      Recent

      Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

      27 Yanvar 2026

      2025-ci ildə dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 181,5 milyon manat daxil olub

      27 Yanvar 2026

      BakuBus marşrutlarında ötən il gündəlik sərnişin sayı 557 min nəfərə çatıb

      26 Yanvar 2026
    • Sığorta
    • Biznes
      • Rəsmi
      • Yerli Bizneslər
      • Biznesmenlər
      • Startaplar
      • Gömrük
      • Tender
    • Vakansiya
    • Digər
      • Marketinq
      • Turizm
      • Moda
      • İdman
      • Bloq yazıları
    Gdp.azGdp.az
    Ana səhifə » Bank » “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev: “IPO-da məqsədimiz fiziki şəxslər üçün rahat investisiya imkanı yaratmaqdır”-Eksklüziv
    Bank

    “PAŞA Bank”ın rəhbəri Cavid Quliyev: “IPO-da məqsədimiz fiziki şəxslər üçün rahat investisiya imkanı yaratmaqdır”-Eksklüziv

    29 Yanvar 2026
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesi, maliyyə göstəricilərindəki dəyişikliklər, likvidlik vəziyyəti, marketmeyker mexanizmi və investorlar üçün nəzərdə tutulan rəqəmsal imkanlarla bağlı GDP.Az-a müsahibə verib. Müsahibədə Cavid Quliyev IPO-ya hazırlıq mərhələsində əsas prioritetləri, bankın maliyyə dayanıqlığını və qarşıdakı dövr üçün planları ətraflı şəkildə şərh edib.

    – 2025-ci ilin maliyyə göstəricilərinə əsasən “PAŞA Bank” ASC-nin ani likvidlik əmsalında azalma müşahidə olunur. Bu tendensiyanı necə dəyərləndirirsiniz?

    – Azalama olsa da likvidlik əmsalımız minimal tələblərdən qat-qat yüksək səviyyədədir. Bu baxımdan vəziyyət tam nəzarət altındadır. Sadəcə onu qeyd etməliyəm ki, depozitlərin artımı fonunda likvid vəsaitlərin bir hissəsi kredit portfelinə yönləndirilib. Bu da təbiidir. Çünki 2025-ci il ərzində kredit portfelimiz ümumilikdə 3,1 milyard manat artıb və bu artım həm korporativ, həm də kiçik və orta sahibkarlıq seqmentlərini əhatə edib. Hər iki istiqamətdə kifayət qədər ciddi artım qeydə alınıb.

    – Amma ötən il mənfəətdə də azalma müşahidə olunub. Bunun səbəbi nədir?

    – Bəli, bəzi göstəricilərdə azalma var. Digər tərəfdən, ehtiyatların da artdığını görürük. Məhz buna görə də biz səbirli olmağın tərəfdarıyıq. Hazırda kənar audit prosesi beynəlxalq standartlara uyğun şəkildə davam edir və bu proses fevralın sonu – martın əvvəlində tamamlanacaq. Ondan sonra, ənənəvi olaraq, sizə daha detallı və dəqiq məlumat təqdim olunacaq.

    Açıq deyim ki, bu mərhələdə tələsmək istəmirəm. Çünki audit prosesi bankçılıq üçün, xüsusilə də Mərkəzi Bankla əlaqəli sahələrdə çox önəmlidir. Uçot baxımından müəyyən texniki dəyişikliklər də baş verə bilər. Buna görə də yekun nəticələri gözləmək daha doğrudur. Biz həmin məsələlərə mütləq daha ətraflı şərh verəcəyik. Sadəcə indi yox, audit prosesi bitdikdən sonra.

    – Marketmeyker məsələsinə gəlincə, neçə  investisiya şirkətinin iştirakını nəzərdə tutursunuz?

    – Bu, çox yaxşı sualdır. Mənim fikrimcə, burada hər hansı məhdudiyyət olmamalıdır. “Paşa Kapital” Paşa Holding-in törəmə şirkətidir və bu prosesi lider kimi aparacaq. Amma bizim istəyimiz ondan ibarətdir ki, həm səhmlərin ilkin satışı mərhələsində, həm də marketmeykerlik prosesində bir yox, bir neçə  investisiya şirkəti iştirak etsin.

    Bu, həm gələcək investorlar üçün daha sağlam mühit yaradar, həm də ikinci bazarda alqı-satqının aktivliyini təmin edər.

    – Rəqəmsal kanallar üzərindən investisiya imkanları necə olacaq?

    – Bu istiqamətdə aktiv işləyirik. Hazırda sınaq mərhələsindəyik. Proses çox sadə olacaq: iki-üç kliklə, maksimum iki dəqiqə ərzində investor həm broker hesabı, həm də Milli Depozit Mərkəzində (MDM) hesab aça biləcək.

    Paşa Bankdan və digər banklardan Paşa Kapitala, oradan isə avtomatik olaraq MDM-ə keçid təmin ediləcək. Digər investisiya şirkətləri ilə də paralel danışıqlar aparırıq və onların da bu prosesə qoşulması üçün heç bir məhdudiyyət qoyulmayacaq.

    Biz inanırıq ki, əsas investor kütləsi bank tətbiqləri üzərindən bu prosesi çox rahat şəkildə həyata keçirə biləcək.

    – İnstitusional investorların marağı ölçülübmü?

    – Açığı, bu günə qədər institusional investorlarla ayrıca danışıqlar aparmamışıq. Bu gün qərarı rəsmi şəkildə açıqladıq və marketinq mərhələsi bundan sonra başlayacaq. Qarşıdakı dövrdə bir neçə təqdimat və tədbir planlaşdırırıq.

    Qanunvericiliyə əsasən, rəsmi abunə yazılışı 90 günə qədər davam edə bilər. Amma bizim fikrimizcə, bu qədər vaxta ehtiyac olmayacaq. Hazırda 30–45 gün aralığında bir müddət üzərində düşünürük.

    Əsas məqsədimiz fiziki şəxslər üçün prosesi maksimum sadələşdirməkdir: investor bir neçə dəqiqə ərzində hesab açsın, vəsaiti köçürsün və sifarişini brokerlər vasitəsilə rahatlıqla yerləşdirə bilsin. Struktur da məhz bu yanaşma üzərində qurulacaq.

    Müəllif: Aynur Qəniyeva

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Telegram WhatsApp

    Related Posts

    ABŞ Mərkəzi Bankı gözlənilən qərarı verdi: uçot dərəcəsi 3,75%-də saxlanıldı

    29 Yanvar 2026

    Bank sektorunun balansı artıb: 2025-ci ildə sektorun aktivləri, öhdəlikləri və kapitalı hansı istiqamətdə dəyişib?

    28 Yanvar 2026

    PAŞA Bankın rəhbəri Cavid Quliyev: “PAŞA Bank səhmlərinin 5%-i, yəni 932 mindən çox səhm kütləvi təklif üsulu ilə birjaya çıxarılacaq”

    28 Yanvar 2026

    Özbəkistan Mərkəzi Bankının Kibertəhlükəsizlik Mərkəzinin nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

    27 Yanvar 2026
    Kateqoriyalar
    • Audit
    • Avto
    • Bank
    • Banklar
    • Bankların renkinqi
    • Birja
    • Biznes
    • Biznesmenlər
    • Bloq yazıları
    • BOKT
    • Bu günün xəbərləri
    • Büdcə
    • Digər
    • Dünya
    • Energetika
    • Əmlak
    • Fintex
    • Gömrük
    • İdman
    • İKT
    • İqtisadiyyat
    • Kənd Təsərüfatı
    • Kliptovalyuta
    • Marketinq
    • Mərkəzi Bank
    • Moda
    • Neft qaz
    • Nəqliyyat
    • qısa xəbərlər
    • Qlobal birjalar
    • Rəsmi
    • Rəsmi
    • Sığorta
    • Startaplar
    • Tender
    • Turizm
    • Vakansiya
    • Vergi
    • Yerli bazar
    • Yerli Bizneslər
    GDP.AZ bütün hüquqlar qorunur

    Type above and press Enter to search. Press Esc to cancel.