PAŞA Bank ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev bildirib ki, bank ilk dəfə olaraq səhmlərini ictimaiyyətə təqdim edir və İlkin İctimai Təklifə (IPO) rəsmi start verilir.
Abunə yazılışı 13 aprel – 12 may tarixlərində davam edəcək. Bu çərçivədə bank kapitalının 5%-ni təşkil edən 932 min 926 ədəd səhm investorlara təklif olunur. Bir səhmin ilkin yerləşdirmə qiyməti 55 manat müəyyən edilib. Hər bir fiziki və hüquqi şəxs minimum 1 səhm ilə prosesə qoşula bilər.
Cavid Quliyevin sözlərinə görə, bu addım ölkədə kapital bazarlarının inkişafına real töhfə vermək məqsədi daşıyır. IPO-da iştirak etmək istəyənlər üçün proses sadə qurulub – səhmlərə PAŞA Bank , Birbank Invest, baş anderrayter PAŞA Capital, həmçinin ABB İnvest və Unicapital İnvestisiya Şirkəti platformaları vasitəsilə yiyələnmək mümkündür.
“Paylaşdıqca böyüyürük,” – deyə bank rəhbəri vurğulayıb.

