“Paşa Capital”-ın Baş Kommersiya İnzibatçısı İlqar Tağıyev vəzifəsindən ayrılıb.
İlqar Tağıyev öz LinkedIn səhifəsində etdiyi açıqlamada, qurumdakı vəzifəsindən istefa verərək peşəkar fəaliyyətini bank sektorunda davam etdirəcəyini bildirib.
GDP xəbər verir ki, açıqlamasında qərarın asan olmadığını, lakin “Paşa Capital”də keçirilən vaxtın həm peşəkar, həm də şəxsi baxımdan çox mənalı olduğunu vurulayan Tağıyev, “Birlikdə çətinliklərdən yan keçdik, yeni təşəbbüslər qurduq, tərəfdaşlıqları gücləndirdik və kapital bazarımızın inkişafına töhfə verdik” ifadələrini işlədib.
O, işçi komandasının sədaqəti və istedadına, həmçinin müştəri və tərəfdaşların göstərdiyi etimada minnətdarlığını bildirərək, “Paşa Capital”-in bundan sonra da uğur qazanacağına inandığını qeyd edib.
İlqar Tağıyev “Paşa Capital”dəki vəzifəsindən ayrılmasına baxmayaraq, peşəkar fəaliyyətini bank sektorunda yeni vəzifədə davam etdirəcək. Onun yeni iş yeri və vəzifəsi ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.

