“Paşa Kapital”ın direktoru Ceyhun Hacıyev, şirkətin 2024-cü il üzrə maliyyə nəticələrini mətbuat konfransında açıqlayarkən, həmçinin ölkənin kapital bazarlarına dair fikirlərini də bölüşüb. O, Maliyyə Nazirliyinin büdcə siyasətindəki dəyişikliklərə diqqət çəkərək, bu ilin sonuna qədər təxminən 5.8 milyard manat yığılması gözlənilənini bildirib.
“Maliyyə Nazirliyi, bu il müəyyən qədər az buraxılış edəcək, amma büdcə kəsiri və iri layihələrin maliyyələşdirilməsi üçün dövlətin kapital bazarına qayıtması zəruri olacaq. Bu, bazar üçün müsbət bir siqnaldır, çünki korporativ istiqrazlara maraq artıb. Hüquqi şəxslər, banklar və sığorta şirkətləri artıq Maliyyə Nazirliyinin istiqrazlarına investisiya edə bilmir. Bununla belə, onlar alternativ emitentlərə baxmaq məcburiyyətindədirlər, bu da bazarda və emitentlər üçün yeni fürsətlər yaradır”, – deyə Ceyhun Hacıyev qeyd edib.
Onun sözlərinə görə, bazarda manatla likvidlik var, lakin emitent yoxdur. Bu səbəbdən, korporativ istiqrazların inkişafı potensial olaraq daha da arta bilər.