PAŞA Kapital İnvestisiya Şirkəti və Sea Breeze arasında qarşılıqlı Strateji Tərəfdaşlığa dair Memorandum imzalanıb.
GDP xəbər verir ki, bu əməkdaşlıq qiymətli kağızlar və daşınmaz əmlak bazarlarında bir ilkdir.
Məlumata görə, memorandumun əsas məqsədi hər iki şirkətin müştərilərinə özəl xüsusi şərtlərlə yeni investisiya imkanları yaratmaq, innovativ maliyyə həllərini tətbiq etmək və uzunmüddətli dayanıqlı tərəfdaşlıq modeli qurmaqdır.
Bu tərəfdaşlıq çərçivəsində, Sea Breeze-də daşınmaz əmlak əldə etmək istəyən şəxslər PAŞA Kapital vasitəsilə aşağıdakı sərfəli şərtlərdən faydalana biləcəklər:
-
Ümumi alış məbləğində 20%-dək qənaət;
-
Müqavilənin AZN valyutasında bağlanılması imkanı.
Bu strateji tərəfdaşlıq, yalnız iqtisadi inkişafı dəstəkləmək ilə kifayətlənməyib, həm də regionun infrastrukturunun gücləndirilməsinə, yeni iş imkanlarının yaradılmasına və geniş investisiya imkanlarının təqdim edilməsinə yönəlib

