PAŞA Kapital və İsveçrənin Crossinvest Zürich AG şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb
GDP xəbər verir ki, 15 noyabr 2024-cü il tarixində PAŞA Kapital İnvestisiya Şirkəti ilə İsveçrənin Crossinvest Zürich AG şirkəti arasında əməkdaşlıq memorandumunun imzalanma mərasimi keçirilib.
Mərasimdə PAŞA Kapital İnvestisiya Şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev və Crossinvest Zürich AG-nin İdarə Heyətinin üzvü, İnkişaf Edən Bazarlar üzrə rəhbəri Fəqan Nağıyev iştirak ediblər.
İmzalanmış strateji tərəfdaşlıq memorandumu çərçivəsində PAŞA Kapitalın yerli və xarici kapital bazarlarındakı fəaliyyətinin gücləndirilməsi, həmçinin Crossinvest Zürich AG-nin xarici investisiya məsləhətçiliyi sahəsində aktivliyinin artırılması planlaşdırılır.
Sənədə əsasən, tərəflər maliyyə təhlili və investisiya idarəçiliyi sahəsində bilik və təcrübə mübadiləsi apararaq sektorun ümumi inkişafına töhfə verməyi hədəfləyir.