2025-ci ilin noyabr ayında “PASHA Pay” MMC -nin nizamnamə kapitalı 5 milyon 750 min manat və ya 8,4% artırılaraq 73 milyon 867 min manat çatdırılıb.
Bu barədə GDP Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
İndiyədək “PASHA Pay” MMC 68 milyon 117 min nizamnamə kapitalına malik idi.
Ötən ilin sonuna olan məlumata görə, m10 elektron pulqabısı ilə tanınan “PASHA Pay” MMC şirkətinin 100% payçısı “Kapital Bank” ASC-dir.
“PASHA Pay” MMC “KOMTEC LTD” MMC adı ilə fəaliyyətə başlayıb. İlkin dövrlərdə 200 manat, daha sonra 22 min manat nizamnamə kapitalına malik olan şirkətin mayası, 2023-cü ilin sentyabr ayında 18 milyon 22 min manata, 2024-cü ilin iyul ayında 40 milyon 22 min manata, 2025-ci ilin iyul ayında 50 milyon 322 min manata, 2025-ci ilin sentyabr ayında 60 milyon 322 min manata, oktyabr ayında 68 milyon 117 min manata çatdırılmışdı.

