Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tətbiq edilən xüsusi tənzimləmə rejiminin ilk mərhələsi çərçivəsində seçilən innovativ məhsulların sınaq dövrü başa çatıb.
GDP meqatənzimləyiciyə istinadla xəbər verir ki, ilk mərhələdə sınağa qəbul edilən layihələr arasında yer alan “Pasha Pay” MMC-nin “m10” tətbiqinin “Binance” platforması ilə inteqrasiyası da qiymətləndirilib. Layihə kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə həyata keçirmək məqsədilə “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyasını nəzərdə tutur.
Bu inteqrasiya istifadəçilərə “Binance” cüzdanlarına vəsait mədaxil etmək və oradan çıxarmaq imkanı yaradır. Sınaq mərhələsinin nəticələri Mərkəzi Bank tərəfindən uğurlu hesab edilib və layihənin müddəti əlavə 6 ay müddətinə uzadılıb.