PayPal və Palantir-in həmtəsisçisi milyarder Piter Til, ən böyük kriptovalyutanın ilkin ideyalarından uzaqlaşdığını iddia edərək, Bitcoin barədə ciddi narahatlığını bildirib.
GDP xəbər verir ki, məşhur sahibkar və investor dünyanın aparıcı aktivlərindən biri olan Bitcoin-in nəzarətinin BlackRock şirkətinə keçdiyini bildirib. Til, “Ola bilsin ki, Larri Fink BlackRock ETF-i ilə ESG əleyhdarlarına təslim olub, ya da ola bilsin ki, Bitcoin onlar tərəfindən udulub. Və mən qorxuram ki, ikincisi baş verib” ifadəsini işlədib.

