FED faiz dərəcəsini 4,5% səviyyəsində saxladı.
GDP FED rəhbəri Powellin çıxışından əsas məqamları təqdim edir.
- Fed balansını mövcud templə azaltmağa davam edəcək – ayda $25 milyard.
- Powell Trampın faiz dərəcəsinin “dərhal” endirilməsi ilə bağlı bəyanatlarını şərh etmədi.
- Powell bir neçə dəfə vurğuladı ki, faiz dərəcəsini azaltmağa tələsməyə ehtiyac yoxdur və Fed əvvəlcə inflyasiyanın azalması istiqamətində real irəliləyiş görmək istəyir.
- Trampın tarifləri ilə bağlı qeyri-müəyyənlik qalır – effektlərini qiymətləndirmək üçün tətbiq edildikdən sonra gələn yeni məlumatları izləmək lazımdır.
- Fed fond bazarındakı satışları diqqətlə izləyir. Qiymətləndirmələrə əsasən, aktivlərin dəyəri bir çox göstəriciyə görə hazırda şişirdilmiş görünür.
- Powell bildirib ki, faiz dərəcələrini endirmək üçün inflyasiyanın mütləq 2%-ə çatmasını gözləmək lazım deyil.
- Powell banklara kripto xidmətləri göstərməyə icazə verdi.
Əlavə Kontekst:
- Bloomberg daha əvvəl xəbər vermişdi ki, Tramp ABŞ prezidentlərinin mərkəzi bankın faiz dərəcələri ilə bağlı qərarlarda səsvermə hüququna malik olmasını istəyir.
- The Wall Street Journal yazır ki, Trampın komandası Federal Ehtiyat Sisteminin müstəqilliyini zəiflətmək üçün təkliflər hazırlayır.